Rişi Sunakın istefası tələb edildi

 

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunakın istefası təlab olunub.

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, Londonda toplanan nümayişçilər yaşayış xərclərinə və qənaət siyasətinə etiraz əlaməti olaraq Rişi Sunakı istefaya səsləyiblər.

Bir çox qeyri-hökumət təşkilatı və həmkarlar ittifaqı üzvləri hakim Mühafizəkarlar Partiyası hökumətinin iqtisadiyyat və immiqrasiya siyasətinə etiraz etmək üçün paytaxtdakı Embankment qatar stansiyasının qarşısına toplaşıblar.

Etirazçılar yaşayış minimumunun yüksək olması və inflyasiyadan aşağı təklif olunan maaş artımları səbəbindən müxtəlif sektorlar tərəfindən qəbul edilən tətil qərarlarına dəstək tələb ediblər.

0.66331601142883