Cənubi Koreya və ABŞ-ın birgə aviasiya təlimləri başa çatıb

 

Koreya Respublikası və ABŞ hərbçiləri 240-a yaxın təyyarənin iştirak etdiyi, eləcə də KXDR-nin buna çoxsaylı raket buraxılışları ilə cavab verdiyi “Vigilant Storm” birgə aviasiya təlimini başa vurub.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Şənbə günü yerli vaxtla günorta radələrində ABŞ-ın iki “B-1B” strateji bombardmançısının son günündə manevrlərində iştirak edəcəyi məlum olub. Onlar Quam adasından gəlib və Cənubi Koreyaya məxsus dörd “F-35A” qırıcısı və ABŞ-ın 4 “F-16” təyyarəsi ilə birlikdə Koreya yarımadası üzərindən uçublar.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi bu səsdən sürətli bombardmançıların 2017-ci ildən bəri ilk dəfə Koreya yarımadasında istifadə edildiyini vurğulayıb.

0.22907400131226