Vitse-spikerin Saakaşvili ilə görüşünə icazə verilmədi

 

Polşa Seyminin vitse-spikeri Malqozheta Qoşevskayanın nə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili, nə də “Mtavari” teleşirkətinin direktoru Nika Qvaramiya ilə görüşünə icazə verilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Qoşevskaya özü məlumat yayıb.

Onun sözlərinə görə, bu qərarın əsaslandırılması zamanı ona bildirilib ki, o, həbsdə olanların ailə üzvü və ya deputat deyil:

“Mən Mixail Saakaşvili ilə görüşmək istəsəm də, istəyim bir daha rədd edildi. Həmçinin “Mtavari” televiziyasının direktoru Nika Qvaramiya ilə görüşmək istədim, lakin eyni cavabı aldım. Fakt odur ki, sabiq prezidentin və ən böyük müxalifət televiziyalarından birinin direktorunun həbsdə olması Gürcüstan haqqında heç də yaxşı şey demir. Çox təəssüf edirəm ki, görüşlə bağlı növbəti dəfə imtina cavabı aldım və onların hansı şəraitdə olduğunu, səhhətlərinin necə olduğunu görə bilmədim. Hökumətin izahatı mənim üçün tamamilə anlaşılmazdır, çünki əvvəlki illərdə dəfələrlə gürcü siyasi məhbuslara baş çəkmişəm və heç bir problem yaşamamışam. Bir daha deyim ki, Polşa dövləti humanitar məqsədlə dəfələrlə Mixail Saakaşvilini Polşaya ekstradisiya etməklə bağlı müraciət edib”.(axar.az)

0.21354913711548