ABŞ-da binada yanğın olub, 40-a yaxın adam xəsarət alıb

 

ABŞ-da çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 38 nəfər xəsarət alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Manhettenin mərkəzində evin 20-ci mərtəbəsində baş verən yanğına elektrikli velosipedin akkumulyatorunun alışması səbəb olub. İlkin versiyaya görə, sakinlərdən biri evdə belə avadanlıqların təmiri ilə məşğul olub.

Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha beş nəfərin vəziyyəti orta ağırdır, qalanları isə yüngül xəsarətlər alıb.

0.21023893356323