Şahruddinin atmacalı paylaşımı diqqət çəkdi - FOTO

 

"Qarabağın" qolkiperi Şahruddin Məhəmmədəliyevin sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib.

"Demokratikmusavat.com" xəbər verir ki, o, hekayə bölməsində Azərbaycan Premyer Liqasında keçirəcəkləri qarşılaşmanın biletini izləyiciləri ilə bölüşərək "Biletlərə ehtiyacınız var?" yazıb.

Onun bu addımı isə futbol ictimaiyyəti tərəfindən avrokubok oyunlarına gəlib, Premyer Liqa matçlarına gəlməyən azarkeşlərə atmaca kimi qiymətləndirilib.

Qeyd edək ki, "Qarabağ" noyabrın 6-sı, 19:00-da Tofiq Bəhrəmov adına Respublika Stadionunda "Kəpəz"i qəbul edəcək.

Fidan
Demokratikmusavat.com

0.18667101860046