Azyaşlı uşaq kobranı dişləyərək öldürdü

 

Səkkiz yaşlı uşaq özünü qorumaq üçün dişləyən kobra ölüb.

Hindistanın mərkəzi ştatının Çhattisqarh əyalətinin Caşpur rayonunda Dipak adlı oğlan evinin həyətində oynayarkən ilan ona hücum edib.

"Demokratikmusavat.com"  "The New Indian Express"ə istinadən xəbər verir ki, kobra uşağı sancaraq qoluna sarılıb.

“İlan qoluma sarılaraq məni dişlədi. Mən çox incimişdim, onu iki dəfə bərk dişlədim. Hər şey bir göz qırpımında baş verdi”, - Dipak yerli mediaya bildirib.

Uşağın ailəsi tibb məntəqəsinə üz tutub və ona zərdab verilib.

İlanın oğlanın dişləməsi nəticəsində öldüyü bildirilir.

Hindistanda 300 növ ilan, o cümlədən 60 növ çox zəhərli ilan yaşayır. “eLife” qeyri-kommersiya elmi jurnalının hesabatına görə, 2000-ci ildən 2019-cu ilə qədər Hindistanda 1,2 milyon insan ilan sancması nəticəsində ölüb.

Fidan
Demokratikmusavat.com
 

0.15905499458313