Consondan Ukrayna etirafı: “Britaniya bunu gözləyirdi”

 


Ukraynadakı müharibə Qərbdən strateji səbir və əzmkarlıq tələb edir, lakin Ukraynanın qələbəsi də qaçılmazdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Britaniyanın sabiq baş naziri Boris Conson “Sky News”a müsahibəsində  deyib.

O, etiraf edib ki, Rusiyanın genişmiqyaslı işğalı ərəfəsində London bir neçə gündən sonra Ukraynanın zəbt olunacağını proqnozlaşdırıb.

“Bizim məlumatımız var idi ki, müharibə bir həftəyə yaxın davam edəcək. Biz hüquq-mühafizə orqanlarından belə siqnallar almışıq. Onlar deyirdilər ki, üstünlük yalnız Rusiya tərəfində olacaq. Biz düşünürdük ki, Putin və ordusu göstərdiklərindən qat-qat ciddidir”, - Conson qeyd edib.

Conson onu da bəyan edib ki, Rusiya işğal olunmuş ərazilərdən imtina edəcəyi təqdirdə sülh danışıqları mümkündür: “Biz güzəştə gedib, Putinlə hansısa çirkli sövdələşmə əldə edib, ukraynalıları öz ərazilərinin bir hissəsini alver etməyə təşviq etməyə cəhd etsək, bu, Putini daha da aqressiyaya sövq edəcək”.

O qeyd edib ki, Avropa onilliklər ərzində ilk dəfə Ukraynanı dəstəkləməklə demokratiya və azadlığa əsl inam nümayiş etdirib və onların müdafiəsinə qalxıb.

“Düşünürəm ki, Ukraynadakı müharibə hamıdan strateji səbir və əzm tələb edir, lakin sonda həqiqətin qalib gələcəyinə qətiyyən şübhəm yoxdur. Düşünürəm ki, ukraynalılar qalib gələcək”, - sabiq baş nazir qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.1619668006897