14 yaşlı məktəblini yandırdı - VİDEO

 

Krımın Kuybışevo kəndində yeniyetmə 14 yaşlı yeniyetməni yandırıb.

Milli.Az bildirir ki, hadisə anın videosu qapalı "Krım və Sevastopol hadisəsi" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda yeniyetmənin plastik butulkadan şəffaf yanar mayeni məktəblinin qollarının üzərinə tökərək alışqanla yandırması əks olunub. Nəticədə, alov dərhal uşağın bədəninin yuxarı yarısını əhatə edib. Bütün bunlar video çəkənin gülüşü ilə müşayiət olunub.

Krım prokurorluğu faktla bağlı yoxlamalara başlayıb. Qurumun saytında yer alan məlumata görə, yeniyetmə oyun zamanı dostunu yandırıb. Əllərində yanıq xəsarətləri olan uşaq xəstəxanaya yerləşdirilib.

0.14691519737244