Barış Mançonun həyatı film olur

 

Mərhum türkiyəli müğənni Barış Mançonun həyatı barədə film çəkiləcək.

“Demokratikmusavat.com ” xəbər verir ki, hazırda ekran işinin baş rolu üçün aktyor seçiminə başlanılıb.

Bu barədə yazar və musiqiçi Sina Koloğlu məlumat yayıb. Onun sözlərinə görə, filmin çəkilişlərinə gələn il start veriləcək.

Filmi Timur Savcı və Cemal Okanın rəhbərlik etdiyi “TAFF pictures” şirkəti çəkəcək.

Qeyd edək ki, B.Manço 1999-cu ildə vəfat edib.

0.17545294761658