Almaniyanın Makrona rədd cavabı Fransada səs-küy yaratdı - QALMAQAL

 

Fransa mediası Almaniya kansleri Olaf Şoltsun Çinə səfəri ilə bağlı tənqidlərə məruz qaldığını bildirib.

"Demokratikmusavat.com" -ın "Le Figaro"da dərc olunan materiala istinadən verdiyi məlumata görə, Almaniya liderinin səfəri Avropa İttifatının (Aİ) Pekinlə bağlı doktrinasına ziddir .

“Şolts ümumi Avropa xəttinə zidd hərəkət edir. Berlinin Pekinə qarşı siyasəti yalnız Avropa siyasəti ilə birləşdirildikdə uğurlu ola bilər.

Nəşr xatırladıb ki, Aİ doktrinasında Çinə qarşı qeyri-müəyyən münasibət nəzərdə tutulur: bəzi sahələrdə Pekin Avropa İttifaqının tərəfdaşı, digərlərində isə rəqibidir. Eyni zamanda, müəllifin fikrincə, dəfələrlə təkbaşına fəaliyyət göstərməkdə ittiham olunan Şolts tanınmış alman iş adamlarının müşayiəti ilə Asiyaya getməklə vəziyyətini daha da ağırlaşdırıb. Le Figaro hesab edir ki, Almaniya kansleri ən azı Fransa prezidenti Emmanuel Makronu özü ilə dəvət etməli idi .

Bundan əvvəl Şolts Makronla Çinə getmək istəmədiyi məlum olub. Məlumatlı mənbənin Reuters-ə verdiyi məlumata görə, Fransa lideri həmkarını Pekinə birlikdə getməyi dəvət edib, lakin rədd cavabı alıb.

Mirzə

0.1689760684967