Zəfər Forumunun iştirakçıları İlham Əliyevə müraciət edib

 

8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən Zəfər Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

"Demokratikmusavat.com" "report"-a istinadən xəbər verir ki, müraciətdə xalqımıza Zəfər sevincini yaşatdığına görə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevə dərin ehtiram ifadə olunub.

Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.

0.20801091194153