Estoniya Ukrayna üçün NATO ölkələrinə çağırış etdi

 

Estoniyanın Baş naziri Kaya Kallas NATO-ya üzv olan ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çağırıb.

"Demokratikmusavat.com" xəbər verir ki, o, Avropa İttifaqının sammitindən əvvəl bildirib.

“Hava hücumundan müdafiə sistemləri olan NATO-dakı müttəfiqlər bu sistemləri Ukraynaya göndərməlidir ki, rəsmi Kiyev bunlardan müdafiə məqsədilə istifadə etsin və enerji infrastrukturunun məhv edilməsinin qarşısını alsın”, - Baş nazir vurğulayıb.

0.32728314399719