Avropa İttifaqı Rusiyaya görə İrana sanksiya tətbiq etdi

 

Avropa İttifaqı (Aİ) ölkələri İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyinə görə bu ölkəyə qarşı tətbiq olunacaq yeni sanksiyalarla bağlı razılığa gəlib. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, qərar çərçivəsində Rusiyaya pilotsuz təyyarələrin tədarükünə cavabdeh olan 3 nəfərin və 1 təşkilatın mal varlığının dondurulmasına qərar verilib.

“Aİ səfirləri üç günlük danışıqlardan sonra Ukraynanı zərbələr endirən İran pilotsuz təyyarələrini tədarük edən təşkilatlara qarşı görüləcək tədbirlər barədə razılığa gəliblər. Yazılı prosedur başa çatıb. Sanksiyalar bu gün günortadan sonra dərc edilməklə qüvvəyə minir.

Aİ ölkələri pilotsuz təyyarələrin tədarükünə cavabdeh olan 3 nəfərin və 1 təşkilatın aktivlərinin dondurulmasına qərar verib. Aİ həmçinin İranın daha 4 qurumunu əvvəlki sanksiyalar siyahısına daxil etmək üçün sanksiyaları genişləndirməyə hazırdır” - Çexiya tərəfindən verilən açıqlamada qeyd edilib.

Məlumatda həmçinin qərarın rekord sayılacaq müddətdə verildiyi bildirilib.

Qeyd edək ki, bazar ertəsi Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel İranın Rusiyaya PUA verdiyini desə də, Tehran rəhbərliyi Ukrayna müharibəsində istifadə edilmək üçün İrandan Rusiyaya silah göndərilməsi iddialarını rədd edir. 

Billurə

 

0.26449012756348