Rusiyanı qınayan nazir təcili istefaya göndərildi - FOTO

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Rusiyanın Ukraynanın şərqindəki 4 rayonun qanunsuz ilhaqını pisləyən qətnamənin lehinə səs verən nazir istefaya göndərilib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Nikaraquada baş verib.
Belə ki, Madaqaskarın xarici işlər naziri Riçard Randriamandrato Rusiyanın Ukraynada dörd rayonun qanunsuz ilhaqını pisləyən qətnamənin lehinə səs verib və bütün ölkələri bu qətnaməni tanımamağa çağırıb.

Hadisələrdən sonra Randriamandratonun vəzifəsindən azad edildiyi açıqlanıb.
Prezidentlik qərarın "fövqəladə vəziyyətlə əlaqədar" həyata keçirildiyini bildirib.

Qeyd edək ki, BMT-nin 193 üzvü olan Baş Assambleyasında 143 ölkə Ukraynanın suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamənin lehinə, Rusiya, Belarus, Şimali Koreya, Suriya və Nikaraqua da əleyhinə səs verib.

Fidan

 

0.2564001083374