Zelenski haqlı çıxdı: Rusiyadan etiraf kimi açıqlama

 

Ukraynanın bir sıra əraziləri geri qaytarmasından və hücumlarından sonra müdafiə mövqeyinə keçən Rusiyadan etiraf kimi açıqlamalar gəlib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynadakı Rusiya qüvvələrinin yeni komandanı general Sergey Surovikin Rusiya dövlət televiziyasında danışıb.
Surovikin ölkənin cənubundakı Xerson şəhərində vəziyyətin çətin olduğunu və sakinlərin təxliyyə edilməli olduğunu bildirib.
Rusiyalı general əlavə edib ki, HİMARS raketlərindən istifadə edən Ukrayna qoşunları şəhərin infrastrukturunu və yaşayış məntəqələrini vurub.

Britaniyanın “Teleqraf” qəzetinin yazdığına görə, rəsmilər dinc sakinlərə qapalı qalmaq təhlükəsi ilə üzləşə biləcəklərini deyərək, dərhal ərazini tərk etmələri  barədə mesajlar göndəriBlər.

Yaxın 6 gün ərzində 60 min adamın bölgəni tərk edəcəyi də xəbərdə öz əksini tapıb.

Xarici mətbuatda yayımlanan bu xəbərlərdən bir neçə dəqiqə sonra bölgədə təxliyyələrin başladığı açıqlanıb.

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski daha əvvəl açıqlamasında HİMARS raketlərinin müharibənin gedişində mühüm rol oynayacağını demişdi. Onun bu açıqlamalarından sonra HİMARS “qələbənin açarı” kimi xarakterizə edildi.

Billurə

 

1.0813930034637