Azərbaycanda məktəbli qızlar müğənniləri, oğlanlar isə idmançıları nümunəvi şəxs hesab edir- RƏQƏMLƏR

 

Sosial Tədqiqatlar Mərkəzin keçirdiyi "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda rəyi soruşulan 12-16+ yaş qruplarındakı 2400 respondent arasından oğlanların 25%-i idmançıları, 16%-i hərbçiləri özünə nümunəvi şəxs kimi götürür.

Demokratikmusavat.com xəbər verir ki, sorğuda rəyi soruşulan qızlardan isə 8.6%-i müğənniləri,  7.6%-i isə  alimləri özünə örnək götürür.

Özünə jurnalistləri nümunə götürdüyünü deyən yeniyetmə oğlanların sayı 0.5 %, qızlar isə 2.8% təşkil edib.

Məşhur şəxslərdən özünə heç kimi nümunə götürmədiyini deyən yeniyetmə oğlanların sayı 32.7%, qızlar isə 41.6% təşkil edib.

Billurə Yunus

0.44436812400818