Azərbaycanda təqribən 10 məktəblidən heç biri ailə üzvlərini özünə nümunə görmür- SORĞU

 

Sosial Tədqiqatlar Mərkəzinij keçirdiyi "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda ictimai rəy sorğusu Bakı şəhərini və Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ,Lənkəran iqtisadi rayonlarını əhatə edib .

Demokratikmusavat.com xəbər verir ki, ümumilikdə 2400 respondentin və 24 ekspertin rəyi öyrənilib. Naxçıvan MR və uşağından azad edilmiş regionlar sorğuda əhatə edilməyib.

Sorğuda respondentlərin soruşulan məsələlərdən biri də yeniyetmələrin ailə üzvləri və qohumlarından daha çox kimi özünə nümunə götürməsi ilə bağlıdır.
Sorğuda iştirak edən oğlan respondentlərin 44.2%-i atanı, qızların 43.1%-i ananı özünə  nümunə götürdüyünü deyib.

Sorğuda iştirak edən yeniyetmə qızların 21.1%-i atanı, oğlanların 12.5%-i isə atanı nümunə götürdüyünü bildirib.

Sorğuda iştirak edən 2400 respondentdən  8.9%-i oğlan, 7.4 %-i qız olmaqla (ümumilikdə 8.2%) ailə və qohumlardan heç kimi özünə örnək götürmədiyini bildirib.
Yəni təqribən 10 məktəblidən heç biri ailəsindəki heç kimin davranışı və.şəxsiyyətini özünə nümunə görmür.

Billurə Yunus

0.21460199356079