Məktəbli qızı döyən direktorun yerinə TƏYİNAT

 

Bir müddət əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı. Hadisədən sonra direktorun əmək müqaviləsinə xitam verilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Demokratikmusavat.com" -a verilən məlumata görə, sözügedən məktəbə yeni direktor təyinatı olub.

Belə ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.

0.49868607521057