Soyadına görə sosial hesabı bloklandı - “Facebook”u məhkəməyə verdi

 

“Facebook” platforması məhkəmədə Rusiya millisinin sabiq futbolçusu Dmitri Xoxlova 65 milyon 671 min rubl ödəyib.

Demokratikmusavat.com bildirir ki, bu barədə futbolçu özü məlumat verib.

Hakim şirkətdən futbolçunun adına dəymiş ziyana görə 64 milyon rubl, mənəvi ziyan kimi 1 milyon rubl, habelə ümumi məhkəmə xərclərinə görə 571 min rubl təzminat tələb edib.

Futbolçunun “Facebook”a qarşı iddia ərizəsi sentyabrın sonunda məhkəməyə təqdim edilib. Xoxlov soyadının ukraynalıları alçaltmaq məqsədilə istifadə edilən sözlə oxşarlığına görə hesabının daim bloklanmasına görə “Facabook” platformasından 150 milyon rubl məbləğində mənəvi ziyanın ödənilməsini tələb edib.

Xoxlovun sözlərinə görə, hesabının daim bloklanması səbəbindən nə onun özü, nə də dostları və tanışları “Facebook” və “Instagram”dan normal istifadə edə bilmirlər. Sosial şəbəkə onun soyadı ilə bağlı hər hansı qeydi bloklayır, bu səbəbdən idmançıya hətta soyadını dəyişmək də təklif olunub.

Xatırladaq ki, Xoxlov “CSKA Moskva”, “Lokomotiv”, “Torpedo” və “Dinamo” komandalarında, . 1996-2005-ci illərdə Rusiya millisində çıxış edib. Futbolçu karyerasını başa vurduqdan sonra Volqoqradın “Rotor” klubunda məşqçi olaraq çalışıb.(sfera.az)

 

0.1912899017334