Azərbaycanın ixracı idxalını 20 milyard dollara yaxın üstələdi

 

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74% çoxdur.

Yanvar-sentyabr ayları üzrə ixrac 29 521 milyon ABŞ dolları, idxal 10 293 milyon ABŞ dolları olub. İllik müqayisədə müvafiq olaraq ixrac 2 dəfə, idxal isə 23,4% artıb.

Xarici ticarətdə müsbət saldo isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artaraq 19 228 ABŞ dolları təşkil edib.

0.2057831287384