Rusiyada “Su-34” qırıcısı binaya belə çırpıldı - ANBAAN VİDEO

 

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış binasına çırpılma anını əks etdirən görüntülər yayılıb.

"Demokratikmusavat.com" "musavat.com"-a istinadən xəbər verir ki, görüntülərdə döyüş təyyarəsinin idarəetməni itirərək yaşayış sahəsinə çırpılması öz əksini tapıb.

Hadisə zamanı ölənlərin sayı 13 nəfərə çatıb. Bildirilir ki, həyatını itirənlərin 3-ü azyaşlıdır.

Eyni zamanda döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 19 sakin də yaralanıb.

 

0.24518084526062