Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

 

Milli Məclis 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Demokratikmusavat.com -ın məlumatına görə, spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında təklif edib ki, dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

0.17655396461487