İranda iğtişaşlarda 880 nəfər saxlanılıb

 

İranın şimalındakı Gilan əyalətinin hakimiyyət orqanları iğtişaşlar törətmək, təhrik etmək, dinc əhaliyə hücum etmək və ictimai əmlaka ziyan vurmaqda təqsirli bilinən azı 880 nəfəri saxlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi regional polis rəisi Hüseyn Həsənpura istinadən məlumat yayıb.

Bildirilib ki, onlardan bəziləri artıq sərbəst buraxılıb.

0.1911141872406