Vüqar Qurbanovdan yüksək vəzifəyə yeni TƏYİNAT

 

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsə yeni direktor təyin edilib.

Demokratikmusavat.com xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Anar Zamanov Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsə direktor təyin edilib. O artıq kollektivə təqdim edilib. Anar Zamanov bu təyinatdan qabaq bir çox xəstəxanalarda həkim kimi çalışıb.

Təyinatla bağlı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Pərviz İmranoğlu xəbəri saytımıza təsdiq edib.

0.855299949646