Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

 

Hindistanlı şahmatçı Dommaraju Qukeş "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də tarixə düşüb.

Demokratikmusavat.com ın report-a istinadən məlumatına görə, 16 yaşlı qrossmeyster norveçli Maqnus Karlseni dünya çempionu kimi məğlub edən ən gənc oyunçu adına sahib çıxıb.

Qukeş IX turda təcrübəli şahmatçıya qalib gəlib. O, 16 yaş 4 ay 20 günündə bunu bacarıb.

Əvvəlki rekord onun həmyerlisi Rameşbabu Praqqnanandhaya məxsus olub. Praqqnanandha 16 yaş 6 ay 10 günündə Karlseni büdrədib.

Qeyd edək ki, Dommaraju Qukeş XI turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarova da qalib gəlib.

0.16713285446167