Bağlanan bankdan müraciət

 

Pakistan Milli Bankının Bakı Filialı kreditorlarına müraciət edib. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verilib.

Məlumata əsasən, bankın kreditorları iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 9A, mənzil 9A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, Pakistan Milli Bankının müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə onun Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib.

 

0.17344999313354