Tural Anar oğlu Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.
Demokratikmusavat.com -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.