“Putin başa düşür ki, Ukraynada başladığı qanlı müharibəni uduzur və onun bir arqumenti qalıb, bu da nüvə silahıdır”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Espresso telekanalında ukraynalı zabit İqor Lapin deyib.
Onun fikrincə, rusların Belarus ərazisindən təkrar hücumu tamamilə realdır.
“Bu, rus qoşunlarının Ukrayna ordusuna əhəmiyyətli dərəcədə uduzduğu zaman baş verə bilər. Əminəm ki, Belarusdan ikinci hücum olacaq. Qoşunlarımız Xerson, Donetsk kimi böyük şəhərləri azad edən kimi bu, mütləq baş verəcək. Eyni şey Luqansk və Donetsk vilayətinə də aiddir. Ruslar Ukrayna ordusunun diqqətini və gücünü parçalamaq üçün bu planı həyata keçirəcək”, - o qeyd edib.
Mürtəza
Demokratikmusavat.com