İran Rusiyaya silah verməsini inkar edir

 

İran Rusiyaya kamikadze dronları verməyib.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian AB-nin xarici siyasət üzrə baş diplomatı Jozep Borrell ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, İran Rusiyanın başlatdığı müharibə ilə bağlı neytral mövqe tutmaqda israrlıdır:

"İran Ukraynadakı müharibədə istifadə üçün heç bir silah təmin etməyib və verməyəcək. Biz nə Ukraynada, nə də Əfqanıstanda, Suriyada və Yəməndə müharibəni düzgün yol hesab etmişik”.

0.46022605895996