Moskvada taxıl sazişi üzrə danışıqlar başladı

 

Moskvada Rusiya tərəfi ilə BMT nümayəndələri arasında taxıl sazişi üzrə danışıqlar başlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, BMT baş katibinin müavini Martin Qriffits və BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə taxıl sazişinin həyata keçirilməsini və digər məsələləri müzakirə edirlər.

Bundan əvvəl Qriffitsin danışıqlarda iştirak etmək üçün Moskvaya gəldiyi bildirilirdi. TASS agentliyinin məlumatına görə, Qriffitsin Rusiyadakı bütün görüşləri qapalı olacaq.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin verdiyi məlumata görə, Martin Qriffits və Rebekka Qrinspanın Rusiyaya səfərinin məqsədi taxıl müqaviləsini genişləndirmək, Rusiya taxıl və gübrələrinin ixracını təşviq etmək olacaq.

0.14930605888367