İran Rusiyaya ballistik raketlər verir – İDDİA

 

İran "yer-yer" tipli ballistik raketləri Rusiyaya göndərməyi planlaşdırır.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə “Vaşinqton Post” hərbi mənbələrinə istinadla məlumat yayıb.

Nəşr bildirir ki, bu məlumat ABŞ-la müttəfiq olan ölkələrdən birinin kəşfiyyat orqanı tərəfindən əldə edilib. Artıq məlumat ABŞ və Ukraynaya ötürülüb.

“Fateh-110” və “Zülfüqar” raketlərinin ilk partiyası zavodlarda hazırlanır. Bu qısa mənzilli ballistik raketlər müvafiq olaraq 300 və 700 km məsafədəki hədəfləri vura bilir”, - nəşr yazıb.

0.14221405982971