Putin təhlükəsizlik şurasını toplayır

 

Rusiya Prezidenti Vladimir Putin yaxın vaxtlarda ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək. Dəqiq tarix hələ məlum deyil.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Rossiya-1” kanalının efirində məlumat verilib.

“Vladimir Putin yaxın günlərdə Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək”, - telekanal bildirib.

Putinin iştirakı ilə planlaşdırılan görüşlə bağlı hələlik başqa təfərrüatlar yoxdur. Həmçinin Rusiya dövlət başçısının iclasda iştirak edən Təhlükəsizlik Şurasının üzvləri ilə hansı mövzulara toxunacağı barədə də məlumat açıqlanmayıb.

0.40091800689697