ABŞ-ın dostları fırıldaqçılar, zəlilərdir - Reyqanın köməkçisi

 

ABŞ-ın həddən artıq çox müttəfiqi var, bəziləri ona zərər verir.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu ABŞ-ın eks-prezidenti Ronald Reyqanın sabiq köməkçisi Douq Bandou deyib.

“NATO-nun hərbi cəhətdən yararsız çox üzvü var, lakin alyans və Amerika rəsmiləri heç vaxt açıq-aşkar olanı etiraf etməyəcəklər”, - Bandou qeyd edib.

Bandou hesab edir ki, Amerika siyasi mənada qızıl mədənçilərinin ov obyektinə çevrilib: dünya ölkələri öz resurslarından və imkanlarından öz məqsədləri üçün istifadə etmək naminə nəyin bahasına olursa-olsun, ABŞ-ın müttəfiqi olmağa çalışırlar:

"Asiya, Avropa və Yaxın Şərqdəki rəsmi müttəfiqlərin siyahısını nəzərdən keçirin. Hətta onların ən yaxşıları adətən zəlilər, sızıldayanlar, fırıldaqçılardır".

Onun fikrincə, müttəfiqlərin əksəriyyəti Vaşinqton üçün daha çox öhdəliklər yaradır, bəziləri isə hətta ona birbaşa ziyan vurur.

0.38316702842712