FED ilin sonunadək uçot dərəcəsin artıracaq? - AÇIQLAMA

 

Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir.

Bu barədə Demokratikmusavat.com "Bloomberg"ə istinadən xəbər verir.

Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız "nisbətən aşağı" stressə səbəb olur.

Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirdilər.

FED həmçinin öz aktivlərini və uçot dərəcəsini azaltmağa davam edəcəyini təsdiqləyib.

0.27780103683472