“Drujba” neft kəmərində sızma aradan qaldırılıb

 

“Drujba” kəmərinin zədələnmiş hissəsi bərpa edilib, qərb hissəsinin iki boru kəməri, o cümlədən Almaniyaya neft tədarük edən xətt vasitəsilə neftin nəqli bərpa edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Polşanın PERN operatorunun bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, şirkətin mətbuat xidməti bildirib ki, sızmaya yol açan səbəblər araşdırılır.

“Hazırda PERN xidmətlərinin fəaliyyəti ərazinin təmizlənməsi və ilkin vəziyyətinə qaytarılmasına yönəlib”, - müraciətdə əlavə edilib.(Report)

0.41780686378479