“DXR”in sabiq müdafiə nazirini ələ keçirənə 10 min dollar veriləcək

 

“Donetsk Xalq Respublikası”nın sabiq müdafiə naziri İqor Qirkini (Strelkov) ələ keçirənə10 min dollar mükafat veriləcək.

Demokratikmusavat.com qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə “RT in Russian”ın “Telegram” kanalında məlumat yayılıb.

Belə ki, keçmiş nazirin cəbhəyə göndərilməsi xəbəri yayıldıqdan sonra onun ələ keçirilməsi üçün “Sağ sektor”un Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko belə bir mükafat elan edib.

O bildirib ki, mükafatı şəxsi vəsaitindən ödəyəcək.

0.40254497528076