Paralel.az " xəbər verir ki, pandemiyadan əvvəl Av ..."> Paralel.az " xəbər verir ki, pandemiyadan əvvəl Av ...">

Pandemiya səbəbindən doğum səviyyəsi kəskin azaldı

 

Avropada pandemiya səbəbindən doğum səviyyəsi 14 % azalıb.

Demokratikmusavat.com xəbər verir ki, pandemiyadan əvvəl Avropada illik azalma 3 % idi.

Koronavirusun yayılması zamanı bu rəqəm 14 %-ə çatıb. İsveçrəli tədqiqatçılar bu göstəricinin birbaşa xəstəliklə əlaqəli olduğuna inanırlar.

Alimlərin fikrincə, ən böyük azalma 9-10 aylıq sərt karantin məhdudiyyətlərinin tətbiq edildiyi 2021-ci ilin yanvarında qeydə alınıb. Xüsusilə Litvada doğum səviyyəsi 28 %, İspaniyada 24 % azalıb. Eyni zamanda, qadağaların tətbiq olunmadığı İsveçrədə doğum nisbəti dəyişməyib.

Tədqiqatçıların fikrincə, insanlar sağlamlıq problemləri, stres və sosial-iqtisadi böhran fonunda hamiləliyin planlaşdırılmasını ertələmək qərarına gəliblər.(Report)

0.46754813194275