Namibiyada dabaq xəstəliyi alovlanıb

 

Namibiyanın şimal-şərqində dabaq xəstəliyinin alovlanması qeydə alınıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin baş baytar həkimi Albertina Şilonqoya istinadən “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bütün Zambezi rayonunun ərazisi infeksiya zonası elan edilib. Orada qoşadırnaqlı heyvanların hərəkətinə müvəqqəti qadağa tətbiq edilib. A.Şilonqo gələn həftə mal-qaranın dabaq aşılanmasına başlanacağını açıqlayıb.

Dabaq xəstəliyi iri və xırdabuynuzlu mal-qara, camış, at və donuzlara təsir edən kəskin yoluxucu xəstəlikdir. Hərarətin yüksəlməsi və ağız boşluğunun selikli qişasının, yelin və ətrafların dərisinin aftoz zədələnməsi ilə xarakterizə olunur. İnsanlara termal emal edilməmiş qidalar vasitəsilə və heyvanlara qulluq zamanı keçə bilər.

0.4526538848877