İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısının tarixi məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, tarixi Dolmabahçe Sarayında keçiriləcək iclas oktyabrın 17-də yerli vaxtla 13:00-da başlayacaq.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.
Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.