Paralel.az " xəbər verir ki, bu ..."> Paralel.az " xəbər verir ki, bu ...">

Moldovanın paytaxtında etirazlar başladı 

 

Moldovanın paytaxtı Kişineunun mərkəzində növbəti etiraz aksiyası keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Aksiyada müxalif “Şor” partiyasının tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.

Yüzə yaxın etirazçı ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.

Nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artımına qarşı etiraz edib.

Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən şikayət ediblər.
 

0.59301996231079