"Ukraynadakı münaqişənin bir həftə ərzində həlli mümkündür"

 

Ukraynadakı münaqişənin bir həftə ərzində həlli mümkündür.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə bir həftə ərzində həll oluna bilər: "Hər şey ABŞ və Böyük Britaniyanın mövqeyindən asılıdır", - deyə Belarus lideri vurğulayıb.

Onun NBC kanalına müsahibəsindən qısa açıqlamaları BelTA Dövlət İnformasiya Agentliyi yayıb.

0.1904149055481