Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO

 


Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a çatıb.

BAKU.WS xəbər verir ki, türkiyəli məşhurlar sosial şəbəkə hesablarında bununla bağlı paylaşımlar ediblər. Onlar vəfat edən mədən işçilərinə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyiblər.

"Demokratikmusavat.com" "BAKU.WS"-a istinadən türkiyəli tanınmışların sözügedən paylaşımlarının təqdim edir:

Meqastar Tarkan

"Çox üzülürəm. Bartındakı mədən partlayışında həyatını itirən işçilərə Allahdan rəhmət diləyirəm. Yaxınlarına başsağlığı verirən. Yaralılara isə təcili şəfa diləyirəm."

340893

Müğənni Murat Boz

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Keşmiş olsun.

340894

Müğənni Sibel Can

Bartında meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Başımız sağolsun.

340895

Müğənni Ebru Gündeş 

Bartında meydana gələn partlayış zamanı həyatını itirən mədənçilərə Allahdan rəhmət, yaralılarımıza isə təcili şəfa diləyirəm. Dualarımız sizinlədir.

340896

Müğənni Hadise

O mədəndə hər zaman qaranlığın və çətinliyin içində keçən həyatlar... Betərin də betəri olurmu? Olurmuş. Onların hekəyləri ən üzücü sonla bitdi. Atasının xilas olmasını "Mən  bu dərdə dözə bilmərəm" deyərək gözləyən bir uşaq varkən, üsyan etməmək mümkündür? Allah səbir versin!

340897

Müğənni Bengü

Bartında həyatını itirən qardaşlarıma Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Ümid edirəm, daha itki vermərik.

340898

Müğənni Hande Yener

Dualarımız oksigeniniz olsun!

340899

Müğənni Mustafa Sandal

Bartında mədən partlayışı zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə təcili şəfa diləyirəm. Allah köməkləri olsun".

340900

Müğənni Alişan

Amarsada daşkömür mədənində meydana gələn partlayış zamanı həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Allahdan tez bir zamanda dağıntılar altında qalan mədənçilərimizin xilas olmasını niyaz edirəm. Dualarımız mədənçi qardaşlarımızladır. Keçmiş olsun, Bartın!

340901

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib. Dağıntılar altında ümumilikdə 87 nəfər olub.

 

0.15565896034241