Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb - Yaralılar var

 

Türkiyənin I Liqasında mübarizə aparan "Denizlispor" komandasının üzvlərini daşıyan mikroavtobus aşıb.

"Demokratikmusavat.com" ın "NTV Spor"a istinadən məlumatına görə, hadisə klubun səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzduğu oyundan qayıdarkən baş verib.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal xəstəxanaya çatdırılan komanda üzvlərinin həyati təhlükəsinin olmadığı bildirilib.

Qeyd edək ki, "Denizlispor" 9 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

0.13962197303772