Rus ordusu Xersonda bütün sursat arsenalını qoyub qaçıb - Ukrayna

 

Xersonda Ukrayna ordusunun işğaldan azad etdiyi yaşayış məntəqələrində rus ordusuna məxsus “Qrad”, “Uraqan” və digər çoxsaylı reaktiv yaylım atəşi sistemləri üçün döyüş silah-sursat arsenalı aşkar edilərək ələ keçirilib.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. 

Rus ordusunun tərk etdiyi ərazilərdəki silah anbarlarında yüzlərlə artilleriya mərmisi, “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri üçün sursat, 100-dən çox tank əleyhinə idarə olunan raket və tank əleyhinə mina ələ keçirilib.

Mürtəza
Demokratikmusavat.com

0.14876794815063