Putinə xəbərdarlıq edilib ki… - Vasilevdən şok

 

Qərb Rusiyanın nüvə silahından istifadə edərsə, bunun ağır bədəlini təkcə Rusiya deyil, həm də Putin şəxsən özü ödəməli olacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu tsn.ua-ya müsahibəsində siyasi ekspert Dmitri Vasilyev deyib. 

“Bütün Qərb dünyası çox açıq şəkildə bildirib ki, Rusiyanın Ukraynaya mümkün nüvə zərbəsinə reaksiya Rusiya üçün tamamilə sarsıdıcı olacaq. Bu, nüvə silahı olmayacaq. Avropalılar və ABŞ bunu açıq bəyan edib. Bu gün NATO-da, ABŞ-da, Avropa ölkələrində Ukrayna ərazisində yerləşən Rusiya ordusunu, Qara dəniz donanmasını məhv edə biləcək gücə malik yeni silah növləri var”, - ekspert bildirib. 

Ekspert onu da əlavə edib ki, bu baş verərsə, Qərb Putini də aradan götürəcək. 

“Artıq bu barədə ona xəbərdarlıq edilib. Putinə məlumat verilib ki, o, nəzarətdədir, onun harada olduğunu yaxşı bilirlər. O haradadırsa, ora da göyə “uçacaq”-  Vasilyev bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.4909839630127