Ukrayna yeni əraziləri azad edəcəyinə işarə etdi

 

Qərb analitikləri hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri gələn həftə Xersonu geri almağa və Dnepr çayının sağ sahilinə nəzarəti bərpa etməyə qadirdir.

Demokratikmusavat.com ” UNİAN-a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri də öz növbəsində Xersonla bağlı tezliklə xoş xəbərlər olacağını vəd edir.

Xersonun azadlığı uğrunda savaşan ukraynalı komandir canlı yayımda sualı özünəməxsus formada cavablandırıb. O, Xerson qarpızının dilimini dişləyərək deyib: “Heç kimə sirr deyil ki, ukraynalılar Xerson bölgəsini qarpızla əlaqələndirirlər. Ancaq şərh verə bilmərik, çünki bu, indi qadağandır. Baş Qərargahdan məlumat gözləyin. Onlar sizə hər şeyi deyəcəklər…” - hərbçi deyib.

Mürtəza
Demokratikmusavat.com

0.39850521087646