İsrail və Səudiyyə Ərəbistanı buna görə Ukraynaya minnətdar olmalıdır – Kovalenko

 

Rusiyanın İrandan aldığı “Şahed-136” kamikadze dronunun istifadəsində çatışmazlıqlar yaranmaqdadır və ona görə də daha kiçik PUA-lardan istifadə etməyə başlayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə hərbi-siyasi şərhçi Aleksandr Kovalenko açıqlama verib.

Onun sözlərinə görə, İran “Şahed-136” dronunu kütləvi istehsal etməyib.

“Onlar kustar qaydada az sayda istehsal olunan dronlardır”, - o bildirib.

Ekspert əlavə edib ki, ruslar Ukraynada İranın Şahed-136, Mohajer-6, Yasir və Ababil-2, indi isə Şahed-131 dronlarından istifadə edir.

“Ukrayna təkcə dünyada “ikinci” ordunu yox, həm də bütün müttəfiqlərini, o cümlədən İranı məhv edir. O baxımdan bu gün İsrail və Səudiyyə Ərəbistanı Ukryanaya minnətdar olmalıdır”, - Kovalenko qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.42147707939148