Rusiyanın insani resursu və silahları var, amma qələbə şansı yoxdur- Zelenski 

 

Rusiya artıq məğlubiyyət atmosferində və ümidsizlik mühitindədir.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bəyan edib.

Putinin dünən keçirdiyi mətbuat konfransına toxunan Zelenski deyib:

“Görün, düşmən nə qədər narahatdır. Bəli, onların hələ də müharibəyə göndərmək üçün insani resursları, hücum üçün silahları, raketləri, Ukraynaya qarşı istifadə etdikləri “Şahed” dronları var. Onların hələ də şəhərlərimizə və bütün avropalılara terror etmək, dünyanı şantaj etmək imkanları var. Lakin onların qələbə şansı yoxdur və olmayacaq, çünki Ukrayna irəliləyir”, - Zelenski vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.16621589660645