Ukraynalı polkovnik Rusiyadakı əsirliyindən danışdı

 
"Məhkumun orada heç bir hüququ yox idi”.
 
"Demokratikmusavat.com" xəbər verir ki, bunu 4 ay Rusiya əsirliyində olan ukraynalı polkovnik Valeri Paditel deyib.
 
Onun sözlərinə görə, döyüş yoldaşları ilə birlikdə Mariupol şəhərində “Azovstal”ı müdafiə edərkən bu ilin mayında əsir götürülüb.
 
Yelenovka koloniyasında saxlanılan hərbçi onlara qarşı törədilən terrordan, rus əsgərlərinin verdiyi işgəncələrdən danışıb.
 
Bildirib ki, koloniyada heç bir əsirə insan kimi davranılmırdı: "Biz 30 saniyə ərzində yeməyimizi yeməliydik, yoxsa işgəncələrə məruz qalacaqdıq". 
 
O, sentyabrın 22-də 55 rus hərbçisi ilə dəyişdirilən 215 Ukrayna hərbçisindən biridir.
 
Qeyd edək ki, Ukraynanın Hərbi əsirlərlə Davranış üzrə Əlaqələndirici Qərargahı iyul ayında bəyanat yaymışdı. Bəyanatda vurğulanırdı ki, Rusiyanın Yelenovkada törətdiyi cinayət beynəlxalq hüququn, milli qanunların və insan əxlaqı normalarının kobud şəkildə pozulmasıdır. Ona görə bu əməldə iştirak edənlərə ən ağır cəza verilməsi tələb olunur.
0.15242695808411