Britaniyada keçmiş nazirə yenidən vəzifə verildi

 

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant maliyyə naziri təyin edilib.

"Demokratikmusavat.com" xəbər verir ki, Britaniya hökuməti onun təyinatını tviter hesabında təsdiqləyib.

Ceremi Hant 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Əvvəlki nazir vəzifəsində 38 gün keçirib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.

Qeyd edək ki, Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib.

0.19096398353577